Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İranın Ekspertlər Şurası yeni Ali Lider seçimini açıqladı

Ekspertlər Şurasının üzvlərinin əksəriyyətinin səsi Müctəba Xameneiyə verilib, səsvermə “uzaqdan seçki” üsulu ilə keçirilib və rəsmi elan hələ gözlənilir

77

İranın 88 ruhanidən ibarət Ekspertlər Şurasında əksəriyyətin səsi ölkənin mərhum Ali Lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneiyə verilib. Ekspertlər Şurasının üzvlərindən biri “Pars Today” qəzetinə bildirib ki, liderlik vəzifəsi üçün seçim artıq keçirilib və yeni Ali Rəhbər müəyyən edilib.

Səsvermə “uzaqdan seçki” üsulu ilə aparılıb, yəni üzvlər ayrı-ayrılıqda zəng edilərək rəyləri toplanıb. Müctəba Xamenei tərəfdarları müharibə şəraitində yeni liderin tez seçilməsini istəyir və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəyi ilə buna təzyiq göstərilir.

Lakin Ali Liderin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hecazi və yaxın dairəsi Müctəbanın seçilməsinin qarşısını almağa çalışır. Hazırkı müharibə şəraitində fiziki toplantı keçirmək mümkün olmadığından və Hecazinin etirazı səbəbindən seçki təxirə düşüb.

Ekspertlər Şurasının katibliyi varisin rəsmi elan olunacağı vaxtı müəyyən edəcək. Analitiklər hesab edir ki, uzaqdan səsvermədə ən çox səs toplayan Müctəba Xameneinin tezliklə Ali Lider kimi qəbul etdiriləcəyi gözlənilir.

Qeyd edək ki, İran Konstitusiyasına görə, Ekspertlər Şurası ölkənin Ali Liderini seçmək hüququna malikdir. 37 il ölkəni idarə etmiş Əli Xamenei 28 fevralda Tehrana ABŞ-İsrail hava hücumu zamanı həlak olub. İsrail Müdafiə Qüvvələri də yeni Ali Liderin müəyyən olunacağını açıqlayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.