Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İranda gərginlik dərinləşir

70 saatdır internet və rabitə tam iflic vəziyyətində, hökumətin məhdudiyyətləri etiraz fonunda sərtləşir

333

İranda internet böhranı davam edir. Ölkə üzrə artıq 70 saatdan çoxdur ki, internet bağlantısı tamamilə kəsilib. Paytaxt Tehranda mobil rabitə gün ərzində fasilələrlə işləyir, gecə saatlarında isə tam dayandırılır. SMS xidmətləri də deaktiv edilib.

Bu barədə xarici media mənbələri məlumat yayıb.

Yanvarın 12-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun iranlıların internetə çıxışını bərpa etmək üçün addımlar ata biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu məqsədlə Starlink mobil terminallarından istifadə variantı da nəzərdən keçirilir.

Xatırladaq ki, yanvarın 8-dən etibarən İran ərazisində internet tamamilə bloklanıb, bəzi bölgələrdə isə telefon rabitəsinə də ciddi məhdudiyyətlər tətbiq olunub. Müşahidəçilər bunu hökumətin ölkə üzrə davam edən etiraz aksiyalarına qarşı gördüyü sərt tədbirlərin tərkib hissəsi kimi dəyərləndirirlər.

Qeyd olunur ki, əsas milli media qurumlarının rəsmi saytları da hazırda müvəqqəti olaraq əlçatan deyil.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.