İran və Rusiya Oman dənizində birgə hərbi təlimlər keçirəcək
Təlimlərin məqsədi dəniz təhlükəsizliyini təmin etmək, ticarət gəmilərini qorumaq və iki ölkə donanmaları arasında əməkdaşlığı gücləndirməkdir.
İran və Rusiya silahlı qüvvələri fevralın 19-da Oman dənizi və Şimali Hind okeanı sahələrində, xüsusən Bəndər Abbas yaxınlığında birgə hərbi təlimlər həyata keçirəcək.
Bu barədə məlumatı İranın Tasnim agentliyi yayıb.
İranın vitse-admiralı Həsən Maksudlu bildirib ki, təlimlərin əsas məqsədi Oman dənizi və Şimali Hind okeanında təhlükəsizliyi təmin etmək və sabit dəniz əməkdaşlığını gücləndirməkdir. O qeyd edib ki, təlimlər həm də iki ölkənin donanmaları arasında birgə əməliyyat bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir.
Vitse-admiral əlavə edib ki, təlimlər çərçivəsində dəniz təhlükəsizliyini təhdid edən hallara qarşı birgə əməliyyatlar keçiriləcək. Xüsusən ticarət gəmiləri və neft tankerlərinin qorunması, həmçinin dəniz terrorizminə qarşı mübarizə əsas məqsədlərdən biridir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.