Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran rialı tarixi minimuma düşdü

Sanksiyalar və yüksək inflyasiya milli valyutanı dəyərsizləşdirdi, etirazlar isə ölkə boyu genişlənir

62

İranda uzun illərdir davam edən beynəlxalq sanksiyalar, sürətlə artan inflyasiya və neft ixracına tətbiq olunan məhdudiyyətlər ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Bu prosesin nəticəsi olaraq İranın milli valyutası rial dollar və avro qarşısında demək olar ki, tam dəyərsizləşib və faktiki olaraq “0,00” səviyyəsinə düşüb.

Rialın sürətlə ucuzlaşması dekabrın 28-dən etibarən ölkə üzrə dayanmadan davam edən kütləvi etirazların daha da alovlanmasına səbəb olub. Aksiya dalğası zamanı onlarla insan həyatını itirib, minlərlə şəxs isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Valyuta bazarındakı rekord çöküş, qiymətlərin nəzarətsiz artması və əhalinin yaşayış xərclərinin kəskin yüksəlməsi narazılıqların əsas səbəbi kimi göstərilir. Başlanğıcda iqtisadi tələblərlə ortaya çıxan etirazlar son günlərdə siyasi islahat çağırışları və hakimiyyət əleyhinə şüarlarla davam edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.