Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran quraqlıqla mübarizədə yeni mərhələyə keçir

Şiddətli yağıntı çatışmazlığı fonunda ölkə buludların toxumlanması ilə süni yağış yaratmağa başlayıb

29

İran şiddətli quraqlıqla mübarizə məqsədilə süni yağış yaradılması üçün buludların toxumlanması texnologiyasını tətbiq etməyə başlayıb.
Bu barədə BBC məlumat yayıb.

Buludların toxumlanması zamanı gümüş və ya kalium duzları kimi maddələr təyyarələrdən və ya yerüstü qurğulardan atmosferə səpilir. Bu reagentlər su buxarının daha sürətli kondensasiyasını təmin edir və yağışın yaranmasına şərait yaradır.

Şənbə günü texnologiya ilk olaraq Urmiya gölü üzərində sınaqdan keçirilib. Son illərdə ciddi şəkildə kiçilən və quraqlıq nəticəsində qismən duzlaqlığa çevrilən Urmiya gölü İranın ən böyük duzlu gölüdür.

Məlumata görə, yaxın günlərdə buludların toxumlanması Şərqi və Qərbi Azərbaycan vilayətlərində də davam etdiriləcək.

İran Meteorologiya Təşkilatı bildirir ki, bu il ölkədə yağıntının miqdarı normadan 89% az olub. Buludların toxumlanması üsulu dünyada artıq onilliklərdir tətbiq edilir və xüsusilə su çatışmazlığı ilə üzləşən ölkələrdə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində geniş istifadə olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.