Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran Prezidenti qonşu ölkələrə müraciət etdi

Pezeşkian diplomatiyaya üstünlük verdiklərini, lakin hərbi hücumların İranı müdafiəyə məcbur etdiyini bildirib

80

İran Prezidenti Məsud Pezeşkian qonşu və dost dövlətlərin rəhbərlərinə müraciət ünvanlayıb. O, “X” platformasında paylaşdığı açıqlamada qeyd edib ki, Tehran ABŞ və İsraillə qarşıdurmadan yayınmaq üçün diplomatik yollara üstünlük verib. Lakin onun sözlərinə görə, həyata keçirilən hərbi hücumlar İranı özünü müdafiə etmək məcburiyyətində qoyub.

Pezeşkian vurğulayıb ki, İran region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. O əlavə edib ki, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması yalnız regional dövlətlərin birgə əməkdaşlığı nəticəsində mümkün ola bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.