Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran Maduronun ABŞ tərəfindən devrilməsinə sərt reaksiya verdi

İran Xarici İşlər Nazirliyi ABŞ-ın hərəkətini “adam oğurluğu” adlandırıb və ölkələri Venesueladakı vəziyyətə laqeyd qalmamağa çağırıb

359

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ tərəfindən Venesuela Prezidenti Nikolas Maduronun həbsini “adam oğurluğu” adlandırıb və ölkələri Venesueladakı hadisələrə laqeyd qalmamağa çağırıb.

Bəqayi bildirib: “Bu, çox təhlükəli hadisədir. Məsuliyyətli və qanuni suverenliyə hörmət edən heç bir ölkə belə vəziyyətə laqeyd qala bilməz”.

Eyni zamanda, İranlı diplomat İsrailin ölkəyə mümkün hərbi müdaxiləsinə də diqqət çəkib: “İslam Respublikası və Silahlı Qüvvələrimiz İran ərazisini açıq şəkildə izləyir, İsrailin sözlərinə etibar etmirik və etməyəcəyik”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.