Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran iddialara cavab verdi

Xarici İşlər Nazirliyi ölkədə 800 nəfərin edam edilməsi ilə bağlı yayılan məlumatları təkzib etdi

129

İran Xarici İşlər Nazirliyi ölkədə guya 800 nəfərin edam edilməsi ilə bağlı yayılan iddiaları təkzib edib. Nazirliyin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bu məlumatların reallığı əks etdirmədiyini bildirib.

Bəqayi vurğulayıb ki, son günlər İran əleyhinə beynəlxalq müstəvidə məqsədli şəkildə yanlış informasiya yayılır. Onun sözlərinə görə, bəzi dairələr məsuliyyətsiz davranaraq təsdiqlənməmiş məlumatları dünya ictimaiyyətinə təqdim edirlər.

“Bu iddiaları dövriyyəyə buraxanların kimliyi və məqsədləri sual doğurur. Son hadisələrlə bağlı İran haqqında çoxsaylı saxta xəbərlər yayılıb və bunlar qərəzli şəkildə beynəlxalq gündəmə daşınıb”, – deyə XİN sözçüsü qeyd edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.