Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran hekayəsi bitməyib – ABŞ rəsmisindən diqqətçəkən açıqlama

Tomas Barak: Hakimiyyət dəyişikliyi xaricdən yox, regionun özündən başlamalıdır

27

ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak İran və İsrail arasında 12 gün davam edən qarşıdurma, Tehranda mümkün hakimiyyət dəyişikliyi və İsrailin niyə prosesi sonadək aparmadığı barədə sualları cavablandırarkən diqqətçəkən açıqlama verib.

Diplomat bildirib ki, İranla bağlı “hekayənin sona çatdığını düşünmək səhv olardı”. Onun sözlərinə görə, Donald Tramp administrasiyası İranda hakimiyyət dəyişikliyinə yönəlmiş addımları dəstəkləmir və bu məsələnin yalnız ölkə daxilində həll olunmalı olduğunu hesab edir:

“1946-cı ildən bəri ABŞ dünyada təxminən 93 çevriliş və ya rejim dəyişikliyi təşəbbüsündə iştirak edib, lakin demək olar ki, heç biri real nəticə verməyib. Məhz buna görə Prezident Tramp və dövlət katibi Marko Rubio xarici müdaxilə yolu ilə rejim dəyişikliklərinin tərəfdarı deyillər. Onlar düşünürlər ki, regiondakı problemlərə həll yolunu elə region ölkələri özləri tapmalıdır. Bu səbəbdən də İran məsələsi ABŞ-ın deyil, daha çox İsrailin və bölgənin problemidir”.

Barak əlavə edib ki, baş verənlərdən sonra Tramp administrasiyasını “rejim dəyişikliyinə çalışmaqda” ittiham etmək doğru deyil:

“İran tarixində iki dəfə rejim dəyişikliyi cəhdinin uğursuz olması göstərir ki, bu cür məsələlər yalnız yerli aktorların iradəsi ilə həll olunmalıdır”.

İsrailin niyə prosesi sona çatdırmadığı barədə suala isə o belə cavab verib:
“Bu hekayə hələ bitməyib. Hazırda sanki beş-ci fəsildəyik, qarşıda isə ən azı beş fəsil də var”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.