Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran dronları ABŞ səfirliklərini hədəfə aldı

Ər-Riyad və Küveytdə diplomatik missiyalara zərbə endirildi, İordaniyada personal təxliyə olund

51

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən ABŞ səfirliyi İranın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Zərbə nəticəsində binanın dam örtüyünün bir hissəsi zədələnsə də, xəsarət alan olmayıb.

Bundan başqa, Küveyt şəhərində də iki dron səfirliyin ətrafına düşüb. Hadisə zamanı nə insan itkisi, nə də ciddi maddi ziyan qeydə alınıb. Bildirilir ki, hücum anında hər iki diplomatik nümayəndəlikdə əməkdaşlar olmayıb.

ABŞ İordaniyadakı səfirliyində çalışan personalı da müvəqqəti olaraq təxliyə edib. Hücumlarda İran istehsalı olan “Şahed” tipli dronlardan istifadə edildiyi bildirilir. Eyni zamanda, ABŞ-ın da ilk dəfə olaraq İran ərazisinə ucuz, birdəfəlik istifadə üçün nəzərdə tutulan hücum dronları göndərdiyi qeyd olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.