Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran ABŞ-la danışıqlara yalnız bir şərtlə hazırdır

Tehran ABŞ-la danışıqlara yalnız hərbi təzyiq olmayacağı halda razıdır

101

İran ABŞ Prezidenti Donald Trampın ölkəyə qarşı hər hansı əlavə hərbi təzyiq tətbiq etməyəcəyi təqdirdə Vaşinqtonla danışıqlara hazır olduğunu açıqlayıb.

Bu məlumatı “Bloomberg” agentliyi İranın xarici işlər naziri Abbas Əraqçiyə istinadən yayıb. Nazir bildirib ki, Tehran danışıqların ədalətli və bərabər prinsiplər əsasında aparılması şərtilə bu prosesdə iştirak etməyə razıdır. Eyni zamanda, Əraqçi vurğulayıb ki, İran raket proqramını heç bir halda danışıqlar mövzusu kimi müzakirə etməyəcək.

“Əgər danışıqlar ədalətli və bərabər əsaslarla aparılarsa, biz iştirak etməyə hazırıq. Amma diktə və məcburiyyətə heç vaxt boyun əyməyəcəyik”, – deyə nazir qeyd edib.

Əraqçi əlavə edib ki, hərbi baxımdan İran indi 2025-ci ilin iyununda İran və İsrail arasında baş vermiş münaqişədən əvvəlki dövrlə müqayisədə daha möhkəm vəziyyətdədir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.