Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran ABŞ-ə hücum etmək niyyətində deyil – Xarici İşlər Nazirliyi

Abbas Əraqçi: “Yaxın Şərqdə kifayət qədər Amerika bazaları və hərbi personalı var, əlavə hərəkətə ehtiyac yoxdur

56

İranın ABŞ ərazisinə hücum etmək niyyəti yoxdur. Ölkə xarici işlər naziri Abbas Əraqçi bu mövqeyini “NBC News”a verdiyi müsahibədə açıqlayıb.

Əraqçi bildirib ki, Yaxın Şərqdə artıq kifayət qədər Amerika bazaları və hərbi personal mövcuddur və buna görə də daha irəli getməyə ehtiyac yoxdur:
“Xeyr. Onların ətrafımızda kifayət qədər bazaları var, bəs niyə daha irəli getməliyik? Onların Yaxın Şərqdə kifayət qədər əsgəri, kifayət qədər hərbi aktivi, kifayət qədər bazaları var. Ona görə də bundan kənara çıxmağa ehtiyac yoxdur” – deyə nazir vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.