Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksləri

77

2022-ci ildə şəhərdə iqtisadiyyatın əsas sahələri üzrə faktiki qiymətlərlə 508099,8 min manatlıq, qiymət indeksi tətbiq olunmaqla (2021-ci ilin qiymətlərilə) 498794,3 min manatlıq və ya 3,2 faiz az məhsul (işlər, xidmətlər) istehsal edilmişdir. Hesabat ilində Mingəçevir şəhərində iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı fiziki həcm indeksi tətbiq olunduqdan sonra 96,8 faiz təşkil etmişdir.

Hesabat dövründə şəhərdə faktiki qiymətlərlə məhsul buraxılışının (işlər, xidmətlər) 57,6 faizi sənayenin, 27,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 11,2 faizi tikintinin, 2,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,6 faizi informasiya və rabitə sahələrinin, 0,3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin, payına düşmüşdür.

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksləri cədvəldəki kimi xarakterizə olunur.

2022 yanvar-dekabr (faktiki qiymətlərlə), min manatla

2021 yanvar- dekabr (faktiki qiymətlərlə), min manatla Qiymət indeksi 2022-ci il 2021-ci ilin qiymətlərilə, min manatla

Fiziki həcm indeksi, faizlə

Sənaye

292780,8

359348,8 97,0% 301853,0

84,0

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

1586,2

1605,2 115,5% 1373,4

85,6

Tikinti

57025,1

20504,5 100,0% 57025,1

278,1

Nəqliyyat və anbar təsərrüfatı

12474,4

8590,5 102,3% 12193,9

141,9

İnformasiya və rabitə

2863,6

2431,6 99,9% 2866,9

117,9

Ticarət; nəqliyyat vasitələrinin təmiri

141369,7

122990,1 114,5% 123482,0

100,4

YEKUN:

508099,8

515470,7 101,9% 498794,3

96,8

 

Şərhlər bağlıdır.