İnternetdə əxlaq normalarına zidd məlumatların yayılmasına yeni məhdudiyyət
Yeni qaydalar internet resurslarında əxlaq normalarının qorunmasını təmin edəcək
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə əsasən, internet informasiya ehtiyatlarının və domen adlarının sahibi, eləcə də informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin resurslarda ictimai mənəviyyata zidd, əxlaqsız və ya cəmiyyətin dəyərlərinə hörmətsizlik edən informasiyaların yerləşdirilməsinə imkan verməməlidir.
Layihəyə görə, kütləvi nümayiş məqsədilə yayılan belə məlumatlar, insan bədəninin hissələrinin və ya milli-mənəvi dəyərlərin normalara uyğun olmayan şəkildə göstərilməsi halları da qadağan olunacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.