Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İnklüziv cəmiyyətin inkişafına korporativ dəstək

“Bakcell” neyro-müxtəlifliyi olan şəxslər üçün innovativ həllərin müzakirə edildiyi tədbirə töhfə verdi

11

“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

İnnovasiya lideri “Bakcell” “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis edilən “Kaşalata” kafedə “İnklüzivlikdə İnnovativ Həllər” adlı tədbirə dəstək göstərib.

Tədbirin məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək və bu sahədə mövcud innovativ həlləri müzakirə etmək olub. Tədbirdə dövlət qurumları, özəl sektor, QHT və media nümayəndələri daxil olmaqla 40-a yaxın qonaq iştirak edib.

Müzakirələrdə inklüziv cəmiyyətin qurulmasında müasir yanaşmalar, məşğulluq və təhsil imkanlarının genişləndirilməsi, eləcə də sosial sahibkarlıq modelləri diqqət mərkəzində olub. “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalovanın moderatorluğu ilə keçirilən paneldə millət vəkili Fariz İsmayılzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Mərkəzi Bankın nümayəndəsi Fidan Tofidi və “Bakcell”in direktoru Aysel Süleymanova çıxış ediblər.

“Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova bildirib ki, şirkət inklüziv cəmiyyətin formalaşdırılmasına yönələn təşəbbüslərə davamlı dəstək verir və bu istiqamətdə əməkdaşlıqları genişləndirməyi hədəfləyir.

“Bakcell” inklüzivlik strategiyası çərçivəsində neyro-müxtəlifliyi olan şəxslərin inkişafına, bərabər imkanların yaradılmasına yönələn layihələri davam etdirir. “Birgə və Sağlam” İctimai Birliyi isə autizmli və neyro-müxtəlifliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və məşğulluğuna dəstək göstərir. Birliyin təşəbbüsü ilə yaradılan “Kaşalata” kafe bu sahədə nümunəvi sosial layihələrdən biridir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.