İngiltərəli jurnalist ölkəmizin füsunkar gözəlliyindən danışdı
Birinci Avropa Oyunlarında mükafata layiq yerlər uğurunda mübarizə aparacaq idmançılarla yanaşı, ölkəmizə çoxlu sayda əcnəbi jurnalistlər də gəlib. Onlardan biri İngiltərədən gələn Liam Morgandır. Onunla görüşüb, yarışları necə izlədikləri barədə müsahibə aldıq. Liam bildirdi ki, onlara yarışları izləmək üçün çox yaxşı şərait yaradılıb: “Birinci dəfədir ki, Mingəçevirdəyəm. Özümü çox yaxşı hiss edirəm, çox gözəl şəhərdir.Yarışlar çox möhtəşəm keçir. Bizə hər cür şərait yaradılıb ki, sərbəst şəkildə yarışları izləyək. İngiltərə komandasını izləyirəm. Çox güclü komandadır. 2012-ci ildə İngiltərə komandası olimpiya çempionu olub və inanıram ki, İngiltərə komandası burada qələbə qazanacaq. Mən bütün idmançılara uğurlar arzulayıram. Sonda onu da vuruğulamaq istəyirəm ki, mən Avropanın yüksək səviyyəli bir ölkəsində-qonaqpərvər, mehriban və səmimi olan Azərbaycanda olmağımdan qürur duyuram”.
Şərhlər bağlıdır.