Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İndi də ahıl və tənha şəxsləri hədəf alıblar

DİN dələduzların saxta zəng və kuryer üsulları ilə yaşlı vətəndaşları aldatdığı barədə xəbərdarlıq edib

266

Daxili İşlər Nazirliyi ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması ilə bağlı əhaliyə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin məlumatına görə, son günlər naməlum şəxslər yaşlı insanları hədəf alaraq müxtəlif saxta bəhanələrlə onlardan pul ələ keçirməyə çalışırlar. Dələduzlar özlərini övlad, nəvə və ya yaxın qohum kimi təqdim edir, guya yol-nəqliyyat hadisəsi baş verdiyini, yaxud təcili cərrahi əməliyyata ehtiyac yarandığını bildirərək pul tələb edirlər.

Qeyd olunub ki, bu şəxslər əsasən xarici nömrələrdən zəng edir, vətəndaşlara yalan məlumatlar verərək təcili şəkildə pul göndərilməsində israr edirlər. Bəzi hallarda isə ahıl və tənha şəxslərin ünvanlarına kuryer göndərilərək vəsaitin nağd və ya onlayn şəkildə ələ keçirilməsinə cəhd göstərilir.

Nazirlik vətəndaşlara daxil olan bu tip zənglərə qarşı diqqətli olmağı, verilən məlumatları mütləq yoxlamağı, tanımadıqları şəxslərə pul göndərməməyi tövsiyə edir. Şübhəli hallarla üzləşən şəxslərə dərhal 102 Zəng Mərkəzinə müraciət etmələri tövsiyə olunur.

DİN bir daha vətəndaşları bu cür dələduzluq cəhdlərinə qarşı həssas və ehtiyatlı olmağa çağırır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.