İmtahan sualları və kurikulum – DİM izah edir
Dövlət İmtahan Mərkəzi dərsliklərdən kənar sualların səbəbini açıqladı
Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə son vaxtlar müzakirə olunan “imtahan sualları dərsliklərlə uyğun deyil” iddialarına münasibət bildirib. Onun sözlərinə görə, tapşırıqların dərslikdən fərqli olması uşaqların oxuyub-anlama və analiz bacarıqlarını yoxlamaq məqsədi daşıyır.
Abbaszadə vurğulayıb ki, Milli Kurikulum 2009-cu ildən etibarən rəsmi sənəd kimi qəbul olunub və dərsliklər buna uyğun hazırlanır. Lakin imtahan sualları yalnız əzbərləməni yox, həm də şagirdlərin tanımadığı mətni anlama, diaqramlarla işləmə və problem həll etmə bacarıqlarını ölçmək üçün hazırlanır.
“Məktəbdə öyrəndikləri bilikləri real situasiyada tətbiq edə bilməlidirlər. Bəzən suallar dərslikdə olmayan materialdan olur və bu məqsədyönlüdür. Bu cür tapşırıqlar əzbərçiliyi təşviq etmir, əksinə, analitik düşüncəni inkişaf etdirir,” – deyə DİM sədri əlavə edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.