Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İmişlidə geniş ərazidə yanğın baş verdi

Əlyetməzli kəndində qamışlıq sahə alovlandı, FHN qüvvələri əraziyə cəlb olundu

56

İmişli rayonunda geniş ərazini əhatə edən yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin “112” qaynar xəttinə rayonun Əlyetməzli kəndində qamışlıq sahənin alovlanması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.