Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İlham Əliyev: Tramp Sülh Şurasının yaradılması ilə tarixi addım atdı

Prezident vurğulayıb ki, bu təşəbbüs yeni dünya nizamı və hökumətlərarası münasibətlər üçün uzunmüddətli perspektivə malikdir

49

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə telekanallara verdiyi müsahibədə Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış edən ABŞ Prezidenti Donald Trampin böyük iş gördüyünü vurğulayıb.

Dövlət başçısı bildirib:
“Bir çox ölkələr bu təşəbbüsə laqeyd yanaşırdı. Beynəlxalq hüquqa istinad etmək təkcə problemi həll etməyə kifayət etmir. Azərbaycanın təcrübəsi bunu göstərir. Yeni dünya nizamı və hökumətlərarası münasibətlərin inkişafı üçün yeni sistem işlənmə mərhələsində idi. Burada əsas sual ilk addımı kim atacaqdı. Mən hesab edirəm ki, uzunmüddətli perspektivə malik olan Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış edən Prezident Tramp mühüm iş görüb.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.