Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İlham Əliyev Ərdoğana telefonla dəstəyini çatdırdı

Azərbaycan Prezidenti raket hücumunu pisləyib, Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirib

39

Martın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı aparıb.

Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, dövlət başçısı Türkiyə ərazisini hədəf alan raket hücumunu qəti şəkildə pisləyib və qardaş ölkənin xalqı ilə həmrəy olduğunu bildirib.

Türkiyə lideri göstərilən diqqətə və dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.