Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib. Mübahisə zamanı 1938-ci il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən qadın Ağdam rayon sakini Məmmədova Tünzalə Telman qızıdır.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.