Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İki ölkə arasında strateji tərəfdaşlıq genişlənir

Milli Məclisdə çıxış edən rusiyalı senator Nataliya Kuvşinova Xəzərin ekologiyası, təhsil əlaqələri və qarşılıqlı anlayışın güclənməsi barədə danışdı.

83

Rusiya və Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sahəsində əməkdaşlığı gücləndirir.

Bu barədə Milli Məclisdə keçirilən “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında Rusiyanın Federal Məclisinin Federasiya Şurasının üzvü Nataliya Kuvşinova çıxışı zamanı məlumat verib.

O, çıxışı zamanı həmçinin Xəzər dənizinin ekoloji problemlərinə toxunub və bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd edib.

Nataliya Kuvşinova Azərbaycanın rus dilinə verdiyi önəmi xüsusi vurğulayaraq, ölkənin bir çox orta məktəbində minlərlə şagirdin rus dilində təhsil aldığını bildirib.

Deputat həmçinin M.V. Lomonosov adına Moskva Dövlət Universitetiİ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakıda fəaliyyət göstərən filiallarını xatırladaraq, on minlərlə azərbaycanlı gəncin Rusiyada təhsil aldığını qeyd edib.

O bildirib ki, bütün bu təşəbbüslər və layihələr Azərbaycanla Rusiya arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.