İki evdən külli miqdarda oğurluq hadisəsi
Evlərdən 100 min manat pul və 25 minlik qızıl oğurladı – əvvəlcədən məhkum edilən şəxs tutuldu
Qax rayonunda yerləşən iki fərdi yaşayış evindən oğurluq edilib. Axşam saatlarında evlərə daxil olan naməlum şəxs təxminən 100 min manat nağd pul və 25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, 32 yaşlı Elçin Rəşidov əvvəllər də oğurluq əməlini törətdiyinə görə bir neçə dəfə məhkum olunub. O, ifadəsində oğurladığı pulla xarici ölkələrə istirahətə getdiyini, qızıl-zinət əşyalarını isə lombarda girov qoyaraq pul əldə etdiyini etiraf edib.
Polisin apardığı əlavə araşdırmalar nəticəsində E. Rəşidovun paytaxtın Binəqədi rayonunda da analoji oğurluq hadisəsində iştirak etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.