Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İİKK Hörmüz boğazında ABŞ-ın müttəfiq tankerinə hücum etdi

“Əsl Vəd-4” əməliyyatı çərçivəsində regiondakı ABŞ hərbi obyektlərinə dron və raketlə zərbələr endirilib

272

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında ABŞ-ın müttəfiqi olan Aten Nova tankerin dronlarla vurulduğunu açıqlayıb. Tanker hələ də yanmaqda davam edir. Bu barədə İİKK-nın rəsmi “Telegram” kanalında məlumat verilib.

Bəyanatda bildirilir ki, “Əsl Vəd-4” əməliyyatının 12-ci mərhələsi çərçivəsində Bəhreyndəki ABŞ hərbi obyektlərinə də zərbələr endirilib. Hücumlar zamanı altı PUA, həmçinin Küveyt və BƏƏ-dəki stasionar və mobil ABŞ hədəflərinə 26 dron və 5 ballistik raket istifadə olunub.

Əlavə olaraq, ABŞ-ın Küveytdəki Arifcan hava bazasına iki mərhələdə 12 dron zərbə endirildiyi, BƏƏ-dəki Minhad hava bazasındakı komandanlıq və idarəetmə mərkəzinə isə altı dron və beş ballistik raketlə hücum edildiyi qeyd olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.