“İdeal Gənclər” İctimai Birliyinin sədri Teymur Əzizov Gənclər Fondunun maliyyə dəstəyi ilə “Əlil Gənclərə Qayğı” adlı layihəsini uğurla icra edir. Şəhərdəki Uşaq və Ailələrə Dəstək Mərkəzində icra olunan layihə çərçivəsində “Mən Azərbaycanlıyam” adı ilə yaradıcılıq müsabiqəsi təşkil edilib. Müsabiqənin şərtlərinə əsasən mərkəzin uşaqları öz yaş səviyyələrinə uyğun olaraq, müxtəlif mövzular üzrə təsəvvürlərini ağ vərəqlərə köçürüblər. Mərkəzin direktoru Aygün Fərruxova belə layihələrin əhəmiyyətli olduğunu vurğulayıb.
Uşaqlar böyük həvəslə öz qabiliyyətlərini nümayiş etdiriblər. Çəkilən rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib, qaliblərə layihə rəhbəri tərəfindən fəxri fərman və kiçik hədiyələr təqdim edilib.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.

Növbəti yazı
Şərhlər bağlıdır.