Elm və təhsil

İcra başçısı yüksək bal toplayan iki gənci Dövlət Rəmzləri Muzeyinin qarşısında təbrik etdi

2019-2020-ci tədris ilində Mingəçevir məktəblərinin 300-dən artıq məzunu ali məktəblərə qəbul olub, onların 24-ü 600-dən yuxarı bal toplayıb

Mingəçevirdə 2019-2020-ci tədris ilində  yüksək bal toplayan gənclərlə görüş açıq hava şəraitində, Dövlət Rəmzləri Muzeyinin qarşısında keçirilib. İcra Hakimiyyəti başçısı İlham İsmayılov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulayıb: “Ümid edirəm ki, bilikli insan, peşəkar mütəxəssis kimi yetişəcək, vətənə ləyaqətlə xidmət göstərəcəksiniz”.

Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan  icra başçısı vurğulayıb ki, Mingəçevir təhsili həmişə öndə olub, bu gün də şəhərin yetirmələrinin yaxşı soraqları eşidilir: “Əminəm ki, bu ilki məzunlarımız da bu ənənəni davam etirəcəklər. Biz heç kimi yaddan çıxarmırıq. 600-dən çox bal toplayan məzunlarla yaxın günlərdə onlayn görüşümüz olacaq. Bu gün isə Texniki-humanitar liseyinin iki məzununu – Mustafayev Samid Zaur oğlu və Mikayılov Ömər İlham oğlunu (qəbul imtahanlarında 652.2 və 655 bal toplayıblar) bu muzeyin qarşısına dəvət etmişik ki, təbrik edək. Burda müstəqil dövlətimizin atributları və tarixi barədə məlumatlar var. Hesab edirik ki, ənənə və hazırkı uğurlarımız barədə ətraflı bilgiləriniz var və gələcək inkişafımıza layiqli  töhfələrinizi verəcəksiniz. Biz sizə bu ruhda təhsil almağı, formalaşmağı arzulayırıq”.

Gənclərə İcra Hakimiyyəti və YAP şəhər təşkilatı adından hədiyyələr təqdim olunub. Eyni zamanda onlara muzeylə tanış olmaq imkanı yaradılıb.

2019-2020-ci tədris ilində Mingəçevir məktəblərinin 300-dən artıq məzunu ali məktəblərə qəbul olub, onların 24-ü 600-dən yuxarı bal toplayıb.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close