Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcbari tibbi sığortada dəyişiklik

Milli Məclis “Tibbi sığorta haqqında” qanuna düzəlişi qəbul etdi, yeni qaydalar iki il sonra qüvvəyə minəcək

27

İcbari tibbi sığorta çərçivəsində tətbiq olunacaq müştərək maliyyələşmə məbləğinin ödənilməsi müddəti 2027-ci il yanvarın 1-dək təxirə salınır. Bu dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb və səsvermədən sonra qəbul edilib.

Xatırladaq ki, qüvvədə olan normaya əsasən, həmin ödənişin 2026-cı il yanvarın 1-dən tətbiqi nəzərdə tutulurdu.

Müştərək maliyyələşmə məbləği sığorta hadisəsi zamanı yaranan və icbari tibbi sığorta paketinə daxil olmayan xərclərin sığortaolunan tərəfindən ödənilən hissəsidir. Bu vəsait tibbi xidməti göstərən tibb müəssisəsinə və ya dərman vasitəsini təqdim edən aptekə birbaşa ödənilir.

Eyni zamanda, səlahiyyətli qurum tərəfindən tibb müəssisəsi və ya aptekə edilən sığorta ödənişi müştərək maliyyələşmə məbləği qədər azaldılır.

Qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşmış həkimə üz tutan şəxslər də müəyyən hallarda bu ödənişi etməlidirlər. Müştərək maliyyələşmənin tətbiq olunduğu xidmətlər tibbi xidmətlər üzrə xidmətlər zərfi, dərman vasitələri üzrə isə pozitiv siyahı ilə müəyyənləşdirilir.

Qeyd edək ki, layihə parlamentdə müzakirələrdən sonra təsdiqlənib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.