Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcazə və lisenziyalarla bağlı qaydalara dəyişiklik edildi

Azad edilmiş ərazilərə avadanlıq və xammal idxalı üçün yeni təsdiqedici sənəd tələbi qüvvəyə minir — qaydalar 2033-ə qədər tətbiq olunacaq

35

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb və həmin qərarla bəzi icazələrin verilməsi, dayandırılması, bərpası və ləğvi barədə vergi və gömrük orqanlarına məlumat göndərilməsi qaydaları yenilənib.

Dəyişikliklərə əsasən:

  • Sənaye və texnologiyalar parklarının rezidentləri, operatorları və idarəedici şirkətləri,

  • İnvestisiya təşviqi sənədi olan şirkətlər və fərdi sahibkarlar

texnika, avadanlıq, qurğu, xammal və material idxal edəndə bunu təsdiqləyən əlavə sənəd təqdim etməlidirlər. Bu sənəd artıq rəsmi siyahıya daxil edilib.

Bu qaydalar işğaldan azad olunmuş ərazilərə idxal edilən və ƏDV-dən, gömrük rüsumundan azad olunan mallara aiddir və 2023-cü ildən 2033-cü ilə qədər qüvvədə olacaq.

Eyni dəyişiklik Dövlət Gömrük Komitəsinə məlumat verilməli olan lisenziyaların siyahısına da əlavə edilib. Yəni eyni sənəd gömrük orqanlarına təqdim edilən icazələr üçün də tələb olunacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.