I sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən açıldı
Valideynlər 8–15 oktyabr tarixləri arasında boş yerlərə məktəb və müəllim seçə biləcəklər
2025–2026-cı tədris ili üzrə I sinfə qeydiyyatı gecikmiş uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Bildirilir ki, övladları üçün qeydiyyatı gecikmiş valideynlər 8 oktyabr saat 15:00-dan 15 oktyabr saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi edə biləcəklər.
Valideynlər mektebeqebul.edu.az saytında sorğu yerləşdirdikdən sonra, müvafiq sənədlərlə seçdikləri məktəbə yaxınlaşaraq qəbul prosesini yekunlaşdıra bilərlər.
Qeyd edək ki, cari tədris ili üçün bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.