Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hüquqi islahatlar

Yeni dəyişikliklərə görə, bəzi hallarda vəkillər kassasiya instansiyasında özlərini təmsil edə biləcək və müdafiədən imtina hüququ qazanacaq

100

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə dəyişikliklər müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişikliklərə əsasən, vəkillərə kassasiya instansiyası məhkəməsində özlərini təmsil etmək hüququ verilir.

Həmçinin Cinayət-Prosessual Məcəlləyə əlavə olunan müddəaya görə, bəzi hallarda şübhəli və ya təqsirləndirilən şəxs statusunda çıxış edən vəkil müdafiəçidən imtina edərək özü-özünü təmsil edə biləcək. Bu hallar aşağıdakılardır:

  • şəxs müddətli hərbi xidmətdə olduqda;

  • xüsusilə ağır cinayətdə ittiham olunduqda;

  • şəxs tutulduqda və ya barəsində həbs qətimkan tədbiri seçildikdə;

  • cinayət təqibi məsuliyyət müddəti keçdikdən sonra aparıldıqda;

  • təqsirləndirilən şəxslərin maraqları toqquşduqda və onlardan biri həmin şəxsin müdafiəçisi olduqda.

Müzakirələrdən sonra dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.