Humanitar fənlər kafedrasının müvafiq “Tarix müəllimliyi” və “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” buraxılış ixtisas qrupları üzrə pedaqoji təcrübəsi uğurla davam edir
17 fevral 2025-ci il tarixindən başlanan pedaqoji təcrübə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müvafiq “Tarix müəllimliyi” və “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” buraxılış ixtisas qrupları üzrə uğurla davam edir.
Təcrübə prosesində tələbələr təkcə fənlər haqqında biliklərini deyil, həmçinin pedaqoji priyom və ptaktik ünsiyyət bacarıqlarını nümayiş etdirir, möhkəmləndirirlər.
Təcrübənin səmərəliliyini təmin etmək üçün tədris prosesində yeni təhsil və innovativ metodlarının istifadəsinə geniş yer verilir və tələbələrə bütün fəaliyyət istiqamətlərində – qərarların verilməsində, qiymətləndirilməsində, təcrübə üçün nəzərdə tutulan hüquqi-normativ sənədlərin yerinə yetirilməsində və s. fəal iştirak etmək, təklif və qərarların qəbul olunmasında elmilik və müasirliyin təminatçısı olmaq tövsiyə edilir. Təcrübə rəhbərləri tələbələrdən müxtəlif üsullarından istifadə etməklə interaktiv dərs qurulmasını tələb etməklə yanaşı, innovativ tədris metodlarından və əyani vasitələrdən istifadənin əhəmiyyətini nümunələrlə göstərməyi məsləhət görürlər. Belə ki, bu halda gələcəkdə şagirdlərin yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə, analitik təhlil bacarıqlarının formalaşmasına daha asan nail olmaq olar. Nəticədə, əmək bazarına çıxacaq yeni məzunlar isə gələcəkdə peşəkar müəllim kimi fəaliyyət göstərmək üçün bacarıqlar qazanırlar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.