Hindistanda dini azlıqlara qarşı zorakılıq artmaqdadır
Siqh Federasiyasının sədri Bual Moninder Siqh bildirir ki, hüquqlar nəzərdə tutulsa da, praktikada azlıqlar davamlı ayrı-seçkiliyə və zorakılığa məruz qalır
Hindistanın müxtəlif bölgələrində xristianlar, siqhlər və digər dini azlıqlar mütəmadi olaraq ayrı-seçkiliyə və zorakılığa məruz qalır. Bu barədə Siqh Federasiyasının sədri Bual Moninder Siqh Bakıda keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda məlumat verib.
Onun sözlərinə görə, Hindistan Konstitusiyası bərabər hüquqlar nəzərdə tutsa da, praktikada icra olunmur. Xüsusilə siqh icması zorakılığın ən ağır nəticələrini yaşayır. 1984-cü ildə həyata keçirilən “Operation Blue Star” əməliyyatı siqh xalqının müqəddəs Qızıl Məbədinə müdaxilə edib və icmanın yaddaşında dərin iz buraxıb.
B.M. Siqh bildirib ki, həmin dövrdə baş verən kütləvi qırğınların əsas təşkilatçıları hələ də cəzasızdır və bir qismi yüksək dövlət vəzifələrində fəaliyyət göstərir. O, Hindistan hökumətinin azlıqlara qarşı repressiv siyasətini tənqid edərək, beynəlxalq nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.