Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hikmət Hacıyev: Azərbaycanın Qəzzadakı 7 milyard dollarlıq layihədə iştirakı nəzərdə tutulmur

Azərbaycan Sülh Şurasının fəaliyyətini dəstəkləyir, lakin cari mərhələdə Qəzzada maliyyə layihələrinə qoşulması planlaşdırılmır

80

Azərbaycan Sülh Şurasının məqsəd və fəaliyyət prinsiplərini dəstəkləyən təsisçi üzv ölkələrdən biridir.

Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə öz “X” sosial şəbəkəsində açıqlama verib.

Hacıyev bildirib ki, gələcəkdə Azərbaycan Sülh Şurası vasitəsilə Qəzzada maliyyə və sərmayə layihələrində iştirak imkanını qiymətləndirə bilər. Lakin o, vurğulayıb ki, bu gün Sülh Şurasının iclasında müzakirə olunan və 7 milyard ABŞ dolları həcmində olan Qəzza layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.