Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Heyvan Sağlamlığı üzrə Profilaktik Tədbirlər

Dabaq və qarayara xəstəliklərinə qarşı peyvəndləmə işləri ödənişsiz və “soyuq zəncir” prinsipi ilə aparılır, heyvan sahibləri vaxtında müraciət etməyə çağırılır.

229

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi iri və xırdabuynuzlu heyvanlar arasında dabaq və qarayara xəstəliyinin qarşısını almaq məqsədilə profilaktik peyvəndləmə işlərini davam etdirir.

Agentlikdən bildirilib ki, istifadə olunan peyvəndlər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına uyğun tətbiq edilir və “soyuq zəncir” prinsipinə riayət olunur. Peyvəndləmədən sonra ərazilər məcburi dezinfeksiya olunur.

Heyvan sahibləri rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət etməyə çağırılır. Agentlik xatırladır ki, peyvənddən yayınmaq heyvanları təhlükəli xəstəliklərə qarşı həssas edir.

Qeyd edək ki, ölkədə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndlər ödənişsiz həyata keçirilir və hazırda epizootik vəziyyət stabildir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.