Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Havanın temperaturu kəskin enəcək – Diqqət

Payız aylarında sərin hava dalğası başlayır

16

Bu il yay mövsümünün ilk yarısı gözləniləndən daha sərin keçib. İyulun ortasına kimi tez-tez yağan yağışlar və güclü küləklər havanı xeyli dəyişib, ikinci yarıda isə istilər hiss olunmağa başlayıb.

Ekoloq alim Telman Zeynalov bildirib ki, yaxın günlərdə havaların tədricən soyuması gözlənilir:
“Artıq temperaturun enmə prosesi başlayıb. Payız əvvəlki illərlə müqayisədə nə çox isti, nə də sərt soyuq olacaq, əsasən orta temperatur göstəriciləri ilə yadda qalacaq. Payız aylarında temperatur 20-22 dərəcə, oktyabrın sonu və noyabrın əvvəlində isə 7-15 dərəcə arasında dəyişəcək.”

Beləliklə, ölkəni yaxın günlərdə sərin hava dalğası və temperaturun kəskin enməsi gözləyir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.