Hava Proqnozu: Quru, Amma Dağlarda Qar Ehtimalı Var
Temperatur Kəskin Artacaq – Sabah Hava 20 Dərəcə Olacaq
Azərbaycanda fevralın 14-də havanın istiliyi 20 dərəcəyə çatacaq.
Bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb.
Paytaxt Bakı və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağış gözlənilmir. Mülayim cənub-qərb küləyi axşam saatlarından şimal-qərb istiqamətinə dönəcək və ara-sıra güclənəcək.
Gecə temperaturu 4-9° isti, gündüz isə 15-20° isti təşkil edəcək. Atmosfer təzyiqi 753 mm civə sütunundan 750 mm civə sütununa qədər azalma göstərəcək, nisbi rütubət isə 55-65 % səviyyəsində olacaq.
Regionlarda havanın əsasən quru keçəcəyi proqnozlaşdırılır. Gündüz saatlarında bəzi dağlıq ərazilərdə yüngül qar və yağış ehtimalı var, bəzi yerlərdə isə duman müşahidə oluna bilər. Qərb küləyi bəzi zonalarda zaman-zaman güclənəcək.
Gecə temperaturu 0-5° isti, gündüz isə 13-18° isti olacaq. Dağlıq ərazilərdə gecə 3° şaxtadan 2°-dək isti, gündüz isə 8-13° isti müşahidə ediləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.