Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Harvard mütəxəssisi xəbərdarlıq edir

Çay vərdişləri həzm sisteminə təsir göstərə bilər

19

Harvard qastroenteroloqu Dr. Sorab Sethi çay sevənlərə vacib tövsiyələr verib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, Dr. Sethi milyonlarla insanın gündəlik çay vərdişinin sağlamlıq üçün risklər daşıya biləcəyini bildirib.

Mütəxəssis qeyd edib ki, həddindən artıq isti çay içmək, şəkər və ətirli şərbətlər əlavə etmək, acqarına çay içmək və gün ərzində çox miqdarda çay istehlak etmək həzm sistemini qıcıqlandıra bilər. Bu vərdişlər bağırsaq florasının uzunmüddətli pozulmasına, qaraciyərin gərginliyinin artmasına və həzm problemlərinə yol aça bilər.

Səhər yeməyindən əvvəl çay içənlər xüsusilə diqqətli olmalıdırlar. Dr. Sethi vurğulayıb ki, bu vərdiş çaydakı turşuluq və kofein səbəbindən mədə qişasını qıcıqlandıra bilər. Acqarına çay içmək turşu reflüksünə, ürəkbulanma və ümumi narahatlığa səbəb ola bilər.

Bundan əlavə, çayın diurezə (bədəndən maye çıxışını artırma) təsiri bədəndə maye balansını təsir edə bilər ki, bu da xüsusilə anemiyası olan insanlarda dəmirin udulmasına mənfi təsir göstərə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.