Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Həssas şəxslər üçün yeni iş imkanları yaradılır

Pilot layihə start götürür – Sosial cəhətdən həssas şəxslər işə başlayacaq

7

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Dünya Bankının maliyyə dəstəyi ilə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində yeni pilot layihəyə başlayır. Layihənin əsas məqsədi sosial cəhətdən həssas qruplara əlavə iş yerləri yaratmaq və onların məşğulluq imkanlarını artırmaqdır.

İlkin mərhələdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonları layihəyə daxil edilib. Layihədə iştirak etmək üçün aşağıdakı şərtlərə cavab vermək lazımdır:

  • Son bir il ərzində özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatın fəaliyyət göstərməsi;

  • Vergi və digər icbari ödənişlər üzrə gecikmiş borcun olmaması (müvafiq arayış təqdim edilməlidir).

Seçilmiş 50 iştirakçının işə götürdüyü əməkçilərin əməkhaqqının və ona bağlı ödənişlərin ilk 3 ayı tam, növbəti 3 ayı isə 50 faizi layihə tərəfindən ödəniləcək.

Qeydiyyat üçün müraciətlər 24 oktyabr 2025-ci il tarixinədək bu linkdən qəbul olunur. Əlavə məlumat üçün Dövlət Məşğulluq Agentliyinin Regional filiallarına və DOST Mərkəzlərinə müraciət etmək mümkündür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.