Hərbi xidmətə yararsız gənclər müalicəyə cəlb olunacaq
Yeni qayda gənclərin müalicəsini təmin edir və hərbi hazırlığı gücləndirir
Baş nazir Əli Əsədov tərəfindən təsdiqlənmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə edilmiş dəyişikliklərə əsasən, çağırış yaşlı gənc “hərbi xidmətə müvəqqəti yararsız” hesab edilərsə, o, mütləq tibb müəssisələrində müalicə olunacaq.
Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, bu dəyişiklik gənclərin sağlamlığının qorunması və hərbi xidmətə hazırlığın təmin edilməsi baxımından müsbət addım hesab edilir.
“İlkin müayinə zamanı aşkar olunan xəstəliklər mütləq şəkildə müalicə ediləcək. Müalicədən sonra gənclər ordu sıralarına qoşularaq vətən qarşısında vətəndaşlıq borclarını yerinə yetirəcəklər. Eyni zamanda, bu, bəzi çağırışçıların xəstəlik adı altında hərbi xidmətdən yayınmasının qarşısını alacaq”, – ekspert əlavə edib.
Verdiyev vurğulayıb ki, bu qərar həm gənclərin sağlamlığına xidmət edəcək, həm də ordunun komplektləşdirilməsini daha da gücləndirəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.