Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Həcc kvotasının 85 faizindən çoxu artıq dolub

QMİ sənəd qəbulunun davam etdiyini bildirir; 2026-cı il üçün ziyarət paketinin qiyməti 6100 dollar müəyyən edilib.

122

Həcc ziyarəti üçün ayrılan kvotanın 85%-dən çoxu artıq dolub.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

Qeyd olunub ki, sənədlərin qəbulu QMİ tərəfindən hələ də davam etdirilir.
Həccə getmək istəyən vətəndaşlarımızdan xahiş olunur ki, gecikmədən müraciət edib qeydiyyatdan keçsinlər.

Dünya üzrə müşahidə edilən qiymət artımları və Səudiyyə Ərəbistanı Krallığının yeni xidmətlər təklif etməsi səbəbindən QMİ 2026-cı il Həcc mövsümü üçün bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları (təxminən 10 370 manat) olaraq müəyyən edib.

Ziyarət vahid formada təşkil olunacaq və hava yolu ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər bunlardır:

  1. Ümumvətəndaş pasportu (ən azı 1 il müddəti olmalıdır);

  2. Şəxsiyyət vəsiqəsinin surəti;

  3. 5 × 5 sm ölçüdə, ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil (qadınlar tünd hicabda);

  4. Tibbi sağlamlıq arayışı.

Xatırladaq ki, Həcc ziyarəti üçün sənəd qəbulu 22 oktyabr 2025-ci il tarixindən başlayıb və 7 mart 2026-cı il tarixinədək davam edəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.