Gürcüstanda toy mərasimində qanlı insident
Tamada ölüb, 4 nəfər yaralanıb – saxlanılanlar ağır cinayətlərdə ittiham olunur
Gürcüstanın Qardabani rayonunun Qara Təhlə kəndində yanvarın 5-də baş vermiş qanlı insident nəticəsində bir nəfər ölüb, dörd nəfər isə yaralanıb. Hadisə toy mərasimində başlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan 2000 və 1995-ci il təvəllüdlü şəxslər qəsdən adam öldürməyə cəhd, başqasının əmlakına zorla zərər vermə və iki və daha çox şəxsə qarşı qrup şəklində zorakılıq ittihamları ilə üzləşiblər.
İstintaq araşdırmaları göstərib ki, Qardabanidə yaşayan altı nəfər arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı bıçaq xəsarətləri alan iki nəfərdən biri, Fail Əliyev, toyun tamadası olub və hadisə yerində ölüb. Digər dörd şəxs isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, insident zamanı həmçinin bir nəfər qəsdən avtomobilini iki şəxsin üzərinə sürüb. Törədilmiş cinayət əməllərinə görə məsuliyyət 20 ilədək həbs cəzasını nəzərdə tutur.
İstintaq davam etdirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.