Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gürcüstanda seçki gərginliyi artır

Parlament spikeri radikal müxalifətin seçkiləri təxribat müstəvisinə çəkməyə cəhd etdiyini bildirib

13

Gürcüstanda bu gün keçirilən yerli hakimiyyət orqanlarına seçkilər fonunda gərginlik artır.
Parlamentin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib ki, radikal müxalifət və bəzi qeyri-hökumət təşkilatları seçkiləri təxribat müstəvisinə çəkmək niyyətindədirlər.

“Hazırda vəziyyət sakitdir, heç kim cinayət törətməyə cürət etmir. Lakin bəzi müxalif qüvvələr seçki məntəqələrinə hücum etməyə çağırışlar səsləndiriblər”, – deyə Papuaşvili qeyd edib.

O xatırladıb ki, Milli Hərəkat Partiyasının liderlərindən biri bu cür çağırışlara görə artıq həbs edilib. Spiker əlavə edib ki, hökumət hər hansı təxribat cəhdinə sərt cavab verəcək.

Eyni zamanda, müxalifət bu gün Tbilisidə kütləvi etiraz aksiyası keçirməyi planlaşdırır. Aksiyanın məqsədinin “hakimiyyəti dinc yolla dəyişmək” olduğu bildirilir.

Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyasının keçmiş rəhbəri Levan XabeişviliTbilisi Şəhər Şurasının üzvü Zviad Kuprava hazırda “hökumətin devrilməsinə çağırış” ittihamı ilə həbsdədirlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.