Gürcüstanda narkotik qaçaqmalçılığına qarşı əməliyyat
36 yaşlı Rusiya vətəndaşının üzərindən 1,2 kiloqram kokain müsadirə olundu, onu 20 ilədək həbs cəzası gözləyir
Tbilisi Beynəlxalq Hava Limanında külli miqdarda narkotik vasitə aşkar edilib. Gürcüstan hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 36 yaşlı Rusiya vətəndaşı saxlanılıb.
Araşdırmalar zamanı şübhəlinin üzərindən və şəxsi əşyalarından qara bazar dəyəri 1 milyon larini ötən 1 kiloqram 200 qram kokain müsadirə olunub. Məlumata görə, narkotik vasitənin bazar qiyməti yüz minlərlə dollarla ölçülür.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə istintaq başlanılıb. Saxlanılan şəxsi 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.