Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gürcüstanda miqrasiya qaydaları sərtləşdirilir

Qanuni qalma tələblərini pozan 57 əcnəbi ölkədən deportasiya edilib

274

Gürcüstanda aparılan yoxlamalar zamanı 57 xarici vətəndaşın ölkədə qalma və yaşama qaydalarını pozduğu aşkarlanıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Müəyyən edilən pozuntulara görə Türkiyə, Hindistan, Tailand, Rusiya, Çin, Kuba, Azərbaycan, Banqladeş, İran, Özbəkistan, Yəmən, Yunanıstan, Əlcəzair, Misir, Türkmənistan, İordaniya, İsrail, Mərakeş, Nepal, Nigeriya və Suriya vətəndaşları Gürcüstan ərazisindən deportasiya olunub.

Qurumun açıqlamasına görə, mövcud qanunvericiliyə əsasən həmin şəxslərin ölkəyə yenidən girişinə qadağa qoyulub.

DİN-in statistik məlumatlarında bildirilir ki, cari ilin yanvar ayı ərzində Gürcüstandan çıxarılan xarici vətəndaşların ümumi sayı 232 nəfər təşkil edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.