Gürcüstana İşə Gedən Azərbaycanlılar Ölkəyə Qayıda Bilmir
Gürcüstandakı əmək miqrantlarımızın durumu hələ də həllini tapmayıb.
İş məqsədilə Gürcüstana yollanan bir qrup azərbaycanlı hazırda geri dönə bilmir.
Şamil Pirverdiyev, İlham Məmmədli və Vidadi Məmmədov bir neçə ay əvvəl fəhlə işinə görə Gürcüstana gediblər. Orada tanış olduqları digər azərbaycanlılara kömək etmək üçün onları yaşadıqları evə aparıblar və iş tapmağa yardım ediblər.
Lakin qrup içində mübahisələr yaranıb. Nəticədə, onlardan biri cinayətə görə həbs olunub, digəri isə xəstəxanaya yerləşdirilib. Xəstəxanada müalicə haqqını ödəmədən Azərbaycana dönüb.
Hazırda orada qalan şəxslərə isə bildirilib ki, xəstəxana haqqını ödəsinlər və qaçan şəxsi geri qaytarsınlar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.