Gürcüstan seçkilərində yeni qayda
Ölkə xaricində yaşayan vətəndaşlar parlament seçkilərində iştirak edə bilməyəcək
Gürcüstan parlamenti Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyərək, ölkə xaricində səsverməni ləğv edib. Bundan sonra Gürcüstan vətəndaşları yalnız ölkə daxilində keçirilən seçkilərdə iştirak edə biləcəklər.
Hüquq məsələləri üzrə komitənin sədri Arçil Qorduladze bildirib ki, bu qərar xarici müdaxilələrin qarşısını almaq və seçkilərin şəffaflığını təmin etmək məqsədi daşıyır. Qorduladze qeyd edib ki, 2028-ci ildə keçiriləcək növbəti parlament seçkilərində yalnız Gürcüstan ərazisində səsvermə təşkil olunacaq.
Rəsmi statistikaya görə, 2024-cü ildəki parlament seçkilərində ölkə xaricində 60 seçki məntəqəsi fəaliyyət göstərmiş, təxminən 34 min vətəndaş səs vermişdi. Ölkə daxilində isə seçkilərdə iki milyondan çox iştirakçı qeydə alınmışdı.
Hazırda parlamentdə 150 deputat fəaliyyət göstərir. Onlardan 89-u hakim “Gürcü Arzusu”, 12-si “Gürcüstan naminə” partiyasını təmsil edir. Digər müxalif partiyaların 49 deputatı isə 2024-cü ilin oktyabr seçkilərinin saxtalaşdırıldığını iddia edərək mandatlarından imtina etmişdi.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.