Gürcüstan regionda əməkdaşlıq nümunəsi göstərdi
Baş nazirin qərarı ilə Azərbaycandan Ermənistana yanacaq dəmir yolu ilə pulsuz daşınacaq
Gürcüstan hökuməti Azərbaycandan Ermənistana yanacağın dəmir yolu ilə daşınmasını pulsuz həyata keçirəcək. Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze qərar verib.
Qərara əsasən, “Gürcüstan Dəmir Yolları” SC Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə Ermənistana yanacağın birdəfəlik daşınmasını tarifsiz və ödənişsiz həyata keçirəcək. Bu barədə məlumat Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən təsdiqlənib.
Qurum bildirib ki, Azərbaycan mediasında yanacağın daşınmasına tarif baryerləri ilə bağlı yayılan məlumatlar dəqiqləşdirilib. Dekabrın 5-də Gürcüstan hökuməti Azərbaycandan rəsmi müraciət alıb və Baş nazirin göstərişi ilə dərhal yüklərin tarifsiz daşınması təmin olunub.
Nazirlik həmçinin vurğulayıb ki, Gürcüstan regionda sülh və əməkdaşlığı dəstəkləməyə davam edir, Azərbaycan isə həmişə etibarlı tərəfdaş kimi qiymətləndirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.