Günəşli massivində toqquşan avtomobillər yoldan çıxaraq məktəbin hasarına çırpılıb
Mingəçevirin Günəşli yaşayış massivində “Mersedes” markalı maşın “VAZ 2106” markalı avtomobillə toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetməni itirib, yoldan çıxaraq 20 saylı orta məktəbin dəmir hasarına çırpılıb.
Mi-news.az-ın məlumatına görə, “VAZ 2106” markalı avtomobillə taksi xidməti göstərən 1988-ci il təvəllüdlü sürücü Yusifov Müzəffər Akif oğlu hadisə zamanı müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun maşınında olan qadın sərnişin isə yüngül streslə qurtulub. Qəza zamanı bir həmişəyaşıl ağac da məhv olub.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.