Günəş fəallaşır: alimlər yaxın günlər üçün xəbərdarlıq etdi
Alimlərin məlumatına görə, fevralın 3–7-si aralığında Günəş aktivliyinin Yerə təsiri güclənə bilər
Fevralın 1-də Günəşdə ən güclü hadisələr sırasında yer alan “X” kateqoriyalı alışma müşahidə olunub. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna bağlı Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin açıqlamasına görə, yaxın dövrdə daha genişmiqyaslı kosmik proseslərin baş verməsi ehtimalı kifayət qədər yüksəkdir. Qeyd olunur ki, baş verən alışmadan sonra kütlə atılması əlamətləri qeydə alınsa da, konkret bu hadisənin Yerə birbaşa təsir göstərməsi gözlənilmir.
Bununla belə, alimlər qarşıdakı günlər üçün ehtiyatlı olmağa çağırır. Laboratoriyanın məlumatında bildirilir ki, partlayışın aktiv zonası fevralın 3-dən 7-dək Yer istiqamətində yerləşəcək.
Mütəxəssislər həmin tarixlərdə Günəş aktivliyinin Yerə təsirinin artma ehtimalının mövcud olduğunu vurğulayırlar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.